
Giriş əvəzi-İcra başçısı, Milli Qəhrəman anası və şəhid xanımından təsirli çıxış
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2022-ci il tarixində “2022-ci ilin Şuşa İli elan edilməsi haqqında” imzaladığı sərəncama əsasən 21.12.2022-ci il tarixində Bakı şəhər Suraxanı rayon 226 nömrəli tam orta məktəbdə “Şuşa 270” adlı tədbir keçirilib.
“Şuşa 270” tədbirində Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı RİH başçısının müavini Könül Axundova, şəhid anaları və qazilər, Suraxanı RİH əməkdaşları, Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Cəlal Qurbanov, Bakı Şəhər Təhsil İdarəsinin daxili nəzarət şöbəsinin müdiri Aydın Rəhimov, Müdafiə Nazirliyində Qadınlar və hərbi Qulluqçuların ailələri ilə iş şöbəsinin Zümrüd Səmədova, G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, Suraxanı Rayon Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti şöbəsinin rəisi Azər Mehdiyev, məktəb direktorları Elmira Ələkbərova, Həqiqət Gülalıyeva və Təranə Abbasova, rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru İlahə Balayeva, Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Cavanşir Rəhimovun anası Lalə Rəhimova, şəhid polkovnik-leytenant Sənan Axundovun xanımı Nəcibə Axundova, şəhid Əkbər Hüseynovun anası Tahirə Hüseynova, şəhid Nazim Kırxlarovun anası Sultanxanım Kırxlarova, şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, mətbuat işçisi İlham Hüseynov, valideynlər, məzunlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsini məktəbin direktoru Arzu Məmmədova açaraq qonaqları salamlamış və iştirakları üçün hər birinə təşəkkür etmişdir. Şuşanın tarixi haqqında ümumi məlumat vermiş və tədbirin planını qonaqlara çatdırıb.
Daha sonra söz qonaqlara verilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhər Təhsil İdarəsinin daxili nəzarət şöbəsinin müdiri Aydın Rəhimov, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin YAP təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Müdafiə Nazirliyində Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin müdiri Zümrüd Səmədova, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanım, Kəşfiyyat İdarə rəisi Polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanım çıxış etmişlər və hər biri tədbirin təşkilatçılarına təşəkkür etmiş, ümumi xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Nümunəvi səhnəciklər, Şuşanı xatırladan sərgi otağı
Tədbirin ikinci hissəsində məktəbin şagirdləri tərəfindən hazırlanan rəqslər, şeirlər, 27.09.2020-ci il tarixindən başlayan və 44 gün davam edən “Vətən Müharibəsini” və “Şuşanın dünəni, bu günü, gələcəyi” mövzusunu özündə əks etdirən səhnəciklər nümayiş olunub.
Daha sonra qonaqlar məktəbdə Şuşa şəhərini xatırladan sərgi otağı ilə tanış olublar. Sərgidə Ali Baş Komandanımız İlham Əliyevə, 44 günlük Vətən müharibəsindəki Zəfər Qələbəmizə və Şuşaya həsr olunan müxtəlif plakatlar, foto-stendlər yerləşdirilmiş, battal, daraqlı, çiçəkli ebru sənəti (su üzərində rəsm çəkmə sənəti) rəssam İlhamə Şahbazlınının, vərənpərvərlik mövzusunda üz boyama sənəti rəssam Günel Mahmudovanın, qum sənəti (qum üzərində rəsm) rəssam Lalə Hüseynzadənin “Şuşalı” adlı əsərin tədimatı nümayiş olundu.
Müəllim və şagirdlərdən ibrətamiz işlər
Məktəbin təsviri incəsənət müəllimi Həcərxanım Kərimovanın rəhbərliyi altında rəsm dərnəyinin üzvləri sərgidə təqdim etdikləri əl işlərini qalib əsgərlərimizə, Şuşaya həsr ediblər.
Məktəbin texnologiya müəllimi Minaxanım Adıgözəlovanın rəhbərliyi altında tikmə-toxuma dərnəyinin üzvləri müxtəlif rəngli saplardan istifadə edərək hazırladıqları muncuqlu əl işlərini, tarix müəllimi Təranə Cəbiyevanın rəhbərliyi altnda “Gənc tarixçilər” dərnəyinin üzvləri Şuşaya həsr olunan foto-stendləri, misgərlik nümunələrini, xanımlara aid qədim bəzək əşyalarını, Şuşada toxunan xalçanı, eləcə də müxtəlif sənətkarlıq nümunələrini nümayiş etdirdilər.
Son olaraq
Qəhrəman əsgər, şəhid Əlihüseyn Məmmədovun anası olan Arzu xanım bu kimi tədbirlərin təşkilatçılığını etməklə həm gələcək nəslin vətənpərvər yetişməsində xüsusi xidmətini layiqincə yerinə yetirir, həm də Şəhidlərimizin daim yaddaşlarda qalmasına çalışır.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, sən bizimsən!
Şuşa bizimdir, Qarabağ Azərbaycandır!