Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 13:31:00
AzTU-nun 70-dək məzunu Müdafiə Sənayesi Nazirliyinin zavod komplekslərində işlə təmin olunub  

Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin 70-dək məzunu Müdafiə Sənayesi Nazirliyinin (MSN) zavod komplekslərində işlə təmin edilib.

AzEdu.az xəbər verir ki, sentyabrın 12-də AzTU-da həmin məzunlarla görüş olub. Görüşdə universitetin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov AzTU-da təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Professor X.Yahudov işə qəbul olunan məzunları təbrik edib, uğurlar arzulayıb.

İşə götürülən gənc mühəndislər bölgü üzrə Müdafiə Sənayesi Nazirliyinin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyinat alıblar.

Seçim zamanı xüsusi texnika və texnologiya fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Müdafiə Sənayesi Nazirliyinin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.