
Qubada “Müsəlləh əsgərəm mən də bu gündən” adlı məktəblilərinn peytnbol üzrə hərbi vətənpərvərlik turniri keçirilib.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi olan "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihə çərçivəsində məktəblilərin peyntbol üzrə turniri çərçivəsində növbəti tədbir keçirilib.
Açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Ayaz Qədirov layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclərin hərbi vətənpərvərik ruhunda tərbiyə olunması, hərbin sirlərini şagirdlərə əyləncəli oyunlar vasitəsilə təbliğ etməkdir.
Tədbirdə Quba rayonunun Qəcərzeyid, Talabıqışlaq, Qırmızı qəsəbə və Qəçrəş kənd məktəblərində təhsil alan məktəblilər mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Qəçrəş kənd tam orta məktəbinin “Qarabağ” komandası qalib adını qazanıb. Qəzərzeyid kənd tam orta məktəbinin “Gürzə” hərbiçiləri ikinci, Talabıqışlaq kənd tam orta məktəbinin “Kobra” komandası isə üçüncü mükafata sahib olub.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Qeyd edək ki, layihə çərçivəsində daha iki tədbir keçiriləcək. Ümumilikdə layihədən Quba rayonunun 16 kənd məktəbinin 75 şagirdinin birbaşa iştirakı nəzərdə tutulub.