Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-28 11:12:00
UNEC-də bayram konserti keçirilib

UNEC-də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC kollektivinin iştirak etdiyi bayram tədbirində Yaradıcılıq Mərkəzinin bədii qiraət, vokal, rəqs dərnəyinin üzvləri olan tələbələr şeirlər səsləndiriblər, musiqilər və müxtəlif rəqslər ifa ediblər. İstedadlı tələbələr səhnə performansları ilə UNEC kollektivinə xoş anlar yaşadıblar.