Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-28 16:36:00
“SABAH” qruplarına qəbul olanların sayı artıb

Elm və Təhsil Nazirliyi 2022-ci ildə “SABAH” qrupları üzrə tələbələrin statistikasını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, cari ildə 11 ali təhsil müəssisəsində 31 ixtisas üzrə 830 tələbə məzun olub. 2022-2023-cü tədris ilində 32 ixtisas üzrə 985 nəfər “SABAH” tələbəsi adını qazanıb.

 

Qeyd edək ki, ötən tədris ilində “SABAH” qruplarına 29 ixtisas üzrə 724 nəfər qəbul olunmuşdu.