Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 18:18:04
Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək - NAZİR

"Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.