Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-29 17:21:00
Sertifikasiyaya hazırlaşanlara dəstək üçün vebinar keçiriləcək  

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar 5 yanvar tarixində saat 16:00-da “Ölçmə” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.