
UNEC ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan peşə hazırlıq kursları uğurlar yekunlaşıb.
AzEdu.az xəbər verir ki, layihə çərçivəsində hazırlıq kurslarını bitirən 43 nəfər işsiz statusu daşıyan vətəndaşlara sertifikatların təqdimolunması mərasimi keçirilib.
Tədbirdə Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov peşə hazırlığı kursunun əhəmiyyətindən danışıb. Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli isə Mərkəzdə keçirilən təlimlər və layihələr barədə məlumat verib.
Sonra UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan “İnsan resursları” və “Mühasib” üzrə peşə hazırlığı kurslarının məzunlarına sertifikatlar təqdim olunub. Kursu uğurla bitirəm məzunları təbrik edən R.Qasımov, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təqdimatdan sonra məzunlarla karyera imkanları barədə müzakirələr aparılıb.