
Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib. Konfransa təhsil naziri Ceyhun Bayramov, təhsil nazirin müavini, Bakı Şəhər təhsil İdarəsinin müdir əvəzi Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin sturuktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayındələri iştirak ediblər. AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov elektron qeydiyyat məsələlərindən danışarkən bir çox maraqlı məqamlara toxunub:
“Elektron sistemin tətbiq olunması nəticəsində valideynlərin təhsilə qeydiyyat baxımından yanaşma xüsusiyyəti fərqlənib. Bu il səhv etmirəmsə, təxminən 80 şagird qeydiyyatdan keçib. İnanın ki, bu, təhsilin idarə edilməsi prizmasından, düzgün idarəetmə qərarlarının qəbul edilməsi baxımından çox vacib göstəricidir. Bu müsbət təcrübəni nəzərə alaraq, bu ildən etibarən elektron qeydiyyat artıq Sumqayıt və Gəncə şəhərləri, o cümlədən, Abşeron rayonunda aparılır. Növbəti illər ərzində biz bu təşəbbüsün coğrafiyasının genişləndirilməsi istiqamətində müvafiq addımlar atacayıq. Bu ildən ilk dəfə olaraq məktəbəhazırlıq qruplarında da elektron qeydiyyat prosesi ilə qəbul aparılıb və bu proses növbəti illərdə də genişlənəcək”.