Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 14:52:00
1000-ə yaxın müəllim iş yerini dəyişib

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən 953 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib.

 

AzEdu.az xəbər verir ki, onlardan 21-i şəhid ailəsi üzvü, 55-i hərbçi ailəsi üzvü, 372-si həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il müddətində çalışan, 335 nəfəri isə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 5 il və daha artıq çalışan müəllimlərdir.