Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-31 12:43:00
ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31-Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2022-ci ildə universitetdə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. 2022-ci ilin bütün sahələrdə qalib ölkənin vətəndaşları olaraq yüksək nəticələrlə başa vurulduğunu deyən rektor  M.Babanlı qarşıdan gələn yeni ildə hər kəsə uğurlar arzu edib.

 

Tədbir rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.