Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-06 14:14:00
UNEC tələbələri üçün karyera günü

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün karyera günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, karyera günündə Mühəndislik fakültəsinin texnoloji maşın və avadanlıq ixtisası üzrə təhsil alan bir qrup tələbəsi iştirak edib.

 

Elmi-Tədqiqat İnstitutunun direktor müavini Əflatun Məmmədov tələbələrə strukturlar və iş fəaliyyəti haqqında məlumat verib.

 

Sonra tələbələr hərbi-müdafiə təyinatlı təlim üçün nəzərdə tutulmuş atıcı silahlar, həmçinin “İtiqovan” və “Orbiter-3” pilotsuz uçuş aparatları, digər avadanlıqla, müasir silahların texniki göstəriciləri ilə tanış olublar. Tələbələrə təcrübə və gələcək karyera imkanları barədə də məlumat verilib.