Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-07 12:15:00
5314 tələbə təhsil krediti əldə edilib  

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edilən məlumatın statistikası açıqlanıb.

 


AzEdu.az xəbər verir ki, bu günə qədər 7456 nəfər kredit almaq üçün müraciət edib.

 


Onlardan 466 nəfərin müraciəti natamam olub, 488 nəfərin müraciəti emal edir. Habelə 1011 nəfərin müraciətinə cavab verilib, 177 nəfərin müraciəti banka yönləndirilib.

 


Payız sessiyası üzrə 5314 nəfərə TTK verilib. Onların arasından 2032 nəfərin müraciəti sosial TTK, 3282 nəfərin müraciəti ilə standart TTK olaraq rəsmiləşdirilib.