Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 15:48:00
Nazirlik: "Qarlı hava şagirdlərin dərsə davamiyyətini azaldıb"  

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

 

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib: "Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır".

 

"Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib" - məlumatda bildirilib.