Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-11 14:02:00
“CyberCamp 2023” qış düşərgəsi təşkil ediləcək

4 – 9 fevral 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış düşərgəsi təşkil ediləcək.

Az.Edu.az xəbər verir ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.