
2022/2023-cü tədris ilinin yaz semesterində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinin 2-ci kursunda təhsil alan 24 tələbəsi istehsalat təcrübəsi keçmək və dissertasiyalarını müdafiə etməklə əlaqədar olaraq Fransanın 4 fərqli şəhərində 10 müxtəlif laboratoriyada təhsillərini davam etdirəcək.
AzEdu.az xəbər verir ki, tələbələr semestr ərzində laboratoriyada fransalı müəllimlərin rəhbərliyi altında çalışacaqlar. Proqramda iştirak edən tələbələrdən 9 nəfər “Verilənlər elmi və Süni intellekt”, 8 nəfər “Fiziki kimya/ Kimya mühəndisliyi”, 7 nəfər isə “Yer elmləri” ixtisası üzrə UFAZ-da təhsil alır.
2022-ci ilin sentyabr ayından 2 nəfər UFAZ tələbəsi magistratura təhsillərininin ikinci ilini Strasburq Universitetində davam etdirir. Onlardan 1-i Kimyainformatika, 1-i isə Fiziki və analitik kimya ixtisasları üzrə təhsil alır. UFAZ tələbələri təcrübə laboratoriyalarını özləri axtarıb tapırlar. İstehsalat təcrübələrinin Fransada təqaüd ilə təmin olunması tələbələrin yüksək nəticələri ilə bağlıdır.