Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 15:29:00
Basketbol komandasının qalibiyyəti davam edir-AZTU

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

AzEdu.az xəbər verir ki, liqanın 5-ci turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 84:51 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.