
2023-01-12 16:56:00
Tələbələr üçün “Wintercamp 2023” qış düşərgəsi
Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 4-13 fevral 2023-cü il tarixlərində Qubada tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək.
AzEdu.az xəbər verir ki, məqsəd qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də onların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsidir.
5 günlük qış düşərgəsində iştirakçılar maraqlı simulyasiya və idman yarışları, maarifləndirici, intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndirəcəklər.
Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək düşərgə çərçivəsində tələbələr peşəkar mütəxəssislər, spikerlər və təlimçilərin iştirakı ilə interaktiv sessiyalar və panellər vasitəsilə ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.

1. Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);
2. Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);
3. Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral);
4. Təhsilin idarəedilməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral).
Düşərgəyə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr müvafiq linkdən https://forms.gle/w2ZzTrjtabX3E3HB8 qeydiyyatdan keçərək qatıla bilərlər. Qeydiyyat üçün son tarix 15 yanvar 2023-cü il müəyyən edilib.
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla başa vuran şəxslər düşərgədə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, iştirakçı sayı məhduddur. Yalnız seçilmiş şəxslərə nəticələr barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.
Əlaqə: [email protected]
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41