
“Hazırda məktəblinin səhhəti stabildir. Həkimlərin rəyinə görə məktəblinin vəziyyəti ilə bağlı narahatlıq yoxdur”.
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti rəhbəri Cəsarət Valehov intihara cəhd edən məktəbli - Hüseynova Ruqayənin hazırki vəziyyəti ilə bağlı müəlumat verərkən vurğulayıb:
“Dünən axşam Elm və Təhsil Nazirliyinin dəstəyi və məktəblinin valideylərinin razılığı ilə məktəbli Masallı rayon Mərkəzi Xəstəxanasından Masallı Bioloji Təbabət Klinikasına köçürülüb.
Bu gün səhər Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblinin vəziyyəti öyrənilmiş və məktəblinin hazırda özünü yaxşı hiss etdiyini, səhhəti ilə bağlı problem olmadığı bildirilmişdir. Hazırda məktəbli həmin klinikada həkim nəzarətindədir”.
Qeyd edək ki, ötən gündə Masallı şəhərində 18 yaşlı Hüseynova Ruqayə Rəşid qızı yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsinin balkonundan özünü ataraq, intihara cəhd göstərib.
Aysun Əsgərova