Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 11:12:36
Bakı Biznes Universitetində “Bilik günü” qeyd edilib  

Bakı Biznes Universitetində “Bilik günü” çərçivəsində “Tələbəliyin ilk günü” devizi altında tədbir təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi yuxarı kurs tələbələrinin ixtisaslara dərindən yiyələnmələri istiqamətində tövsiyələrin verilməsi və birinci kurs tələbələrinin universitetin fəaliyyəti ilə tanış edilməsidir.

Əvvəlcə birinci kurs tələbələrinə tələbə biletləri təqdim olunub.

Universitetin rektoru, professor İbad Abbasov yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Avropa ölkələrinin nüfuzlu universitetlərində təhsil alan magistr və doktorantlar əldə etdikləri təcrübələr barədə məlumat veriblər.