Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-21 11:10:00
ADNSU-nun təcrübə keçən tələbələrinə sertifikatlar verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Metak” şirkətində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, Professor-müəllim heyətinin və şirkət əməkdaşlarının iştirak etdiyi təqdimat mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tətbiq olunan yeni tədris proqramları, ikili diplom layihələri və kadr hazırlığı haqqında məlumat verib.

 

İnnovasiyalardan və startap layihələrindən danışan rektor hazırda ADNSU-da yüksəkixtisaslı mühəndis kadrların hazırlandığını deyib.

 


“Metak” şirkətinin rəhbəri Alik Kərimov tərəfindən idarə olunan ADNSU şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini, geniş təcrübə qazandıqlarını bildirib.

 


Sonra istehsalat müəssisəsi və universitetlər arasında əməkdaşlıq ilə bağlı müzakirələr aparılıb.