Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 11:59:00
UNEC-in 27 tələbəsi mübadilə proqramı ilə xarici ölkələrdə təhsil alacaq

Erasmus+ və Non-erasmus proqramı çərçivəsində UNEC-in bakalavr və magistrantları Almaniya, Koreya, Litva, Bolqarıstan, Fransa, Polşa, Türkiyə, Macarıstan və İspaniya universitetlərində mübadilədə iştirak edəcəklər.

 

AzEdu.az xəbər verir ki, 12 tələbə Erasmus+, 15 tələbə isə Non-erasmus mübadilə proqramı çərçivəsində yaz semestrində həmin ölkələrdə təhsil alacaqlar.

 

Mübadilədə iştirak edən bütün tələbələrimizə uğurlar arzu edirik!