Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 13:56:00
İstanbul Gelişim Universitetinin nümayəndələri UNEC-də olub

Türkiyənın İstanbul Gelişim Universitetinin (İGU) nümayəndələri Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-ə səfər ediblər.

 

AzEdu.az xəbər verir ki, İGU-nun Beynəlxalq ofisinin Layihələr üzrə koordinatoru Gülcan Güven Yeşilgül və Beynəlxalq ofisinin əməkdaşı Nigar Abdukarimova səfər zamanı UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüblər. Görüş zamanı hər iki universitet arasında əlaqələrin genişləndirilməsi, yeni potensial əməkdaşlıq sahələri və birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.