
2023-02-01 15:25:00
SDU-da Gənclər Günü münasibətilə tədbir keçirildi
Fevralın 1-də Sumqayıt Dövlət Universitetində 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirildi.
AzEdu.az xəbər verir ki, əvvəlcə professor-müəllim və tələbə heyəti Ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər. Gənclər Gününə həsr olunmuş bayram şənliyi universitetin “Gənclik” kafesində davam etdirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoşbəxt və sağlam gənclik, uğurlu gələcək arzuladı. Ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışan rektor bildirdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, rəhbərliyə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüş, gənclər siyasəti ilə bağlı bir çox Fərman və Sərəncamlar imzalamışdır. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər Günü kimi Azərbaycanda qeyd olunmağa başlamışdır.
Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ulu Öndərin uğurlu siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Professor Elxan Hüseynov diqqətə çatdırdı ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Qürurverici haldır ki, al qanı ilə tarix yazan Vətən mücahidlərinin, gənclərin sırasında Sumqayıt Dövlət Universitetinin tələbə və məzunları da vardı. Onlar şərəfli döyüş yolları, sücaətləri ilə sübut etdilər ki, Sumqayıt Dövlət Universiteti təkcə müəllim, mühəndis, tarixçi deyil, həm də Tarix Yaradan Qəhrəmanlar yetişdirib. Sumqayıt Dövlət Universiteti Vətən müharibəsində iştirak edən hər bir tələbə və məzunu ilə qürur duyur.
Tədbirdə həm rektor, həm də universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən universitetin ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş və eləcə də, respublika və beynəlxalq səviyyəli yarışlarda, müsabiqələrdə nailiyyətlər qazanmış bir qrup gənc fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Sonra universitetimizin tələbələrindən ibarət Səma rəqs qrupunun rəngarəng rəqsləri təqdim olundu və respublikamızın tanınmış incəsənət xadimlərinin ifasında şən musiqilər səsləndirildi.
Sonda tələbələr də göstərilən diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və arxalandıqları Prezident cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39