
2023-02-06 10:11:00
Əcnəbilər ölkəmizdə BU ƏSASLARLA təhsil ala bilər
Xarici ölkələrdə təhsil alan çox sayda Azərbaycan vətəndaşı olduğu kimi Azərbaycan universitetlərində təhsil alan əcnəbilərin sayı da az deyil.
Əcnəbilərin Azərbaycan Respublikası təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu müəyyən əsaslarla həyata keçirilir.
AzEdu.az xəbər verir ki, bu əsaslar aşağıdakılardır:
- təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;
- təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
- dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;
- təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;
- təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
- təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
- “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir.
Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmayıb
2024-06-06 11:02:57
Xaricdə təhsil alan 240 nəfərin peşəsi tanınmayıb - SİYAHI
2024-05-31 10:09:51
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu yekunlaşır
2023-10-09 15:57:57
Xaricdə doktorantura təhsilinə start verilir
2023-08-03 15:08:24
Gənc alimlərin payı cəmi 34% təşkil edir
2023-06-05 11:31:00
Xaricdə təhsil almaq istəyənlər sənəd qəbulunda səhv etsələr... - Rəsmi CAVAB
2023-03-30 14:39:00
Çin dilini öyrənmək istəyənlərin sayı artır
2023-03-28 10:16:00
Britaniya universitetində Novruz bayramı qeyd olunub
2023-03-26 16:25:00
Zəlzələdən zərər çəkmiş tələbələr işlə təmin olunacaq
2023-03-26 14:17:00
ABŞ səfirliyi azərbaycanlı tələbələri təbrik edib
2023-03-25 09:22:00