Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 18:11:00
Türkiyə məktəblərində 13 fevrala qədər tətil elan olunub - YENİLƏNİB

Türkiyədə zəlzələ ilə bağlı məktəblərin tətil müddəti uzadılıb.

 

AzEdu.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə təhsil naziri Mahmut Özer məlumat verib.

 

Onun sözlərinə görə, fevralın 13-nə qədər Türkiyənin bütün məktəblərində tətil elan olunub.

***

11:24

Bu gün baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə məktəblərində bir həftəlik tətil elan edilib.

 

AzEdu.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

 

O bildirib ki, tətilin uzadılıb-uzadılmayacağı müzakirə olunur.

 

Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib.