Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 17:00:00
Zəlzələ bölgəsində təhsil alan azərbaycan tələbələrin SAYI

“Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 27 minə yaxındır”. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat verib.

 

Diplomat tələbələrin bölgələr üzrə statistikasını açıqlayıb:

 

“Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 85, Adanada 169, Kirisdə 2, Malatyada 129 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə bir-bir əlaqə saxlanılmasa da, hər bölgədə 10-15 tələbə ilə əlaqə yaradılıb və qruplar qurulub”.