Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 12:57:00
Bu instıtut Türkiyə üçün yardım kampaniyasına qoşulub

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.

 

AzEdu.az xəbər verir ki, institutun rəhbərliyi başda olmaqla bir qrup əməkdaşı "Ziraat Bank"da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaiti köçürüb.

 

İnstitutun əməkdaşları tərəfindən toplanan humanitar yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasının yanındakı yardım toplama məntəqəsinə çatdırılıb.

 

Aşqarlar Kimyası İnstitutunun kollektivi qardaş Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.