Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 16:30:00
Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 828 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 007 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Ölkədə son sutka ərzində 1 871, hazırkı dövrədək isə 7 507 868 test aparılıb.