
Türkiyənin zəlzələ bölgəsindən 219 nəfər azərbaycanlı tələbə ölkəmizə təxliyə olunub.
Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.
Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Vəliyev və Hümam İsmayıllı İnönü Universitetində müxtəlif kurslarda təhsil alırdılar.
Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb və fevralın 16-da Azərbaycanda dəfn olunub.
2022-ci ilin rəsmi məlumatlarına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir.
Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə 136 azərbaycanlı tələbə təhsil alır.