Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-25 17:51:49
Yoluxma sayı açıqlandı – 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.


AzEdu.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 828 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10 116 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

 
***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.


Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 71, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir. 

 

Vurulan vaksinlərin ümumi sayı 13 948 555, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 863, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 048, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 592 nəfər təşkil edir.