Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 08:30:00
Laçın yolundakı aksiya 78 gündür davam edir

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası 78 gündür davam edir.

AzEdu.az xəbər verir ki, aksiya aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları üzərində rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.

Xatırladaq ki, Laçın-Xankəndi yolunda keçirilən bu aksiya ötən il dekabrın 12- başlayıb.