Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 09:02:19
Türkiyə və Qırğızıstanda güclü zəlzələ oldu

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların ocağı 8,51 kilometr dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 06:51-də qeydə alınıb.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

***

Ötən gecə Qırğızıstan ərazisində 5,9 baş gücündə zəlzələ olub. Zəlzələni Almatı sakinləri də hiss edib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspedisiyası məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 kilometr cənub şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub.

İki saat sonra isə Qırğızıstan və Çin sərhədinə, Almatıdan 278 kilometr cənub şərqdə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.