
Britaniyalı mütəxəssislər strresslə bağlı tədqiqat aparıblar. Onlar ciddi rəy sorğusu apararaq günün hansı vaxtı daha çox stress keçirməyimiz barədə müəyyən fikrə gəliblər. Düşünün görək bu nə vaxtdır?
Stressiz yaşayan insanın olmadığı qətidir. Stress demək olar ki, bizi addım-addım izləyir: İşdə, evdə, gündəlik vəzifələrimizi yerinə yetirəndə və sair.
Bəs sress nədən qaynaqlanır?
AzEdu.az xəbər verir ki, sressin aradan qaldırılması ilə məşğul olan Rescue Remod şirkəti iki min britaniyalı arasında sorğu keçirib. Onlar öz gündəlik vərdişləri barədə sualları cavablandırmalı idilər. Stress nədən qaynaqlanır?
Respondentlər ən çox aşağıdakı halları sayıb:
- Tıxacda qalmaq;
- Yeni geydiyin paltara ləkə salmaq;
- Saatın zəngini eşitməmək;
- Xalçaya kofe və ya süd dağıtmaq ;
- Tələsərək əlini və ya ağzını yandırmaq;
- İctimai yerdə yıxılmaq;
- Maşın saxlamaq üçün yer axtarmaq;
- İşə gecikmək.
Günün hansı vaxtı daha çox strressli oluruq?
Britaniyalı alimlərin bu suala verdikləri cavab heç bir şübhə doğurmur. Onlar müəyyən ediblər ki, biz ən çox saat 7.30-da stress keçiririk. Bu saatda əksər insanlar işə gedir. Qeyd etmək lazımdır ki, qadınlarda stressin pik vaxtı kişilərə nisbətən bir qədər əvvəl olur. Səbəb? Çünki adətən qadınlar kişilərdən əvvəl durur, səhərlər uşaqları məktəbə və uşaq bağçalarına hazırlayır, bunlarla yanaşı qadınlar öz xarici görünüşlərinə də vaxt sərf etməlidirlər.