
Türkiyənin Malatya bölgəsində bu gün baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.
AzEdu.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.
***
Türkiyənin Malatya bölgəsində baş verən növbəti zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer məlumat yayıb.
Türkiyənin milli təhsil naziri Mahmut Özer isə bildirib ki, təbii fəlakət zamanı 22 bina dağılıb, beş nəfər dağıntılar altından çıxarılıb.
AFAD-ın rəsmi tviter səhifəsində bildirilib ki, bu gün Malatya vilayətinin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5.6 ballıq maqnituda ilə qiymətləndirilib.