
2023-02-27 15:58:57
Tələbə dəm qazından boğulub öldü
Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.
AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.
Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış.
Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39