
2023-02-27 16:08:00
Nazir məktəblərdə pul yığılmasından DANIŞDI
Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart Qadınlar günü ilə bağlı məktəblərdə məcburi şəkildə pul və ya hədiyyələr tələb edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
AzEdu.az xəbər verir ki, nazir bununla bağlı valideynlərə çağırış edib. O deyib ki, məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısı alınsın:
"Bu kimi hallar iki qrupa bölünür: Birincisi, valideynlər məktəb rəhbərliyi və ya müəllimlər tərəfindən "8 mart Qadınlar günü" münasibəti ilə külli miqdarda pul və ya bahalı hədiyyələr verməyə məcbur edilir. Bu halda valideynlər tərəfindən mütləq qaydada şikayət olunmalıdır. Təhsil Nazirliyinə bununla bağlı şikayət daxil olmasa, araşdırma başlaya bilməz.
İkincisi isə valideynlər öz aralarında müəllim üçün istəyərəkdən bahalı hədiyyələr və ya müəyyən miqdarda pul yığırlar.
Təssüf ki, Elm və Təhsil Nazirliyi bununla bağlı müəyyən bir tədbir görə bilmir. Sadəcə olaraq maarifləndirici çağırışlar edə bilər. Əks halda, nazirliyin "qaynar xətti"nə vəziyyətlə bağlı müraciət etmək zəruridir".
İkincisi isə valideynlər öz aralarında müəllim üçün istəyərəkdən bahalı hədiyyələr və ya müəyyən miqdarda pul yığırlar.
Təssüf ki, Elm və Təhsil Nazirliyi bununla bağlı müəyyən bir tədbir görə bilmir. Sadəcə olaraq maarifləndirici çağırışlar edə bilər. Əks halda, nazirliyin "qaynar xətti"nə vəziyyətlə bağlı müraciət etmək zəruridir".
E.Əmrullayev deyib ki, 8 Mart tarixində müəllimlərə pul yığılıb verilməsi pedaqoji dəyərlərimizə uyğun deyil:
“Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir.
Müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar".
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16