Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 17:28:00
UNEC-də kitab klubu fəaliyyətə başlayır

UNEC Kitabxana İnformasiya Mərkəzi növbəti dəfə öz kitabsevərlərini sevindirir.

 

AzEdu.az xəbər verir ki, mərkəz tərəfindən yeni yaradılan “UNEC CLUBRARY” kitab klubu maraqlı layihələri, kitab təqdimatları, sevimli qonaqları, səmimi ortamda mütaliə müzakirələri və bir-birindən rəngarəng müxtəlif tədbirləri ilə fəaliyyətə başlayır.

 

Bütün kitabsevərləri – əməkdaş, tələbə və akademik heyəti klubun ilk görüşünə dəvət edirik.

 

Görüşdə klubun məqsədi, fəaliyyət istiqamətləri, idarə heyətinin tərkibi, tədbirlər planı və təkliflər barədə məlumat veriləcək.

 

Görüş 1 mart, saat 11-də UNEC-in 24/7 Kitabxanasında olacaq.