Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 21:47:00
Bərdədə kollec tələbəsi bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEdu.az “Trend” istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Bərdə Texnologiya Kollecinin qarşısında baş verib.

Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.

 

Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub.

 

Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.