
2023-03-07 16:39:00
Qadın müəllimlər arasında voleybol yarışı keçirilib
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın həmrəyliyi hər yerdə" adlı voleybol yarışı keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, voleybol yarışı 220 nömrəli məktəb-liseyin və 56 nömrəli tam orta məktəbin qadın müəllimləri arasında təşkil olunub.
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda hər komandadan 6 əsas və 2 əvəzedici oyunçu iştirak edib. Komandaların kapitanları ümumi təhsil müəssisələrinin rəhbərləri olub.
Dostluq, sağlam həyat tərzinə çağırış, əməkdaşlıq, qadın həmrəyliyi ruhunda keçirilən yarışda 56 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Sonda hər iki komandanın üzvlərinə güllər təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00