Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 15:25:37
Ermənistanda yeni rus məktəbləri açılacaq?

Rusiyada Ermənistanın xarici siyasət istiqamətini dəyişməsindən ciddi narahat olmağa başlayıblar.

AzEdu.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkin bu günlər istirahət bilmədən işləyir. O, təhsil sahəsinə daha ciddi fikir verməyin əhəmiyyətini dərk edərək bu sahədə ciddi irəliləyişlərə nail olmağa çalışır. Məlum olduğu kimi, müstəqillik qazandıqdan sonra Ermənistanda mövcud olan orta məktəblərin sayı ciddi şəkildə azalıb. Vaxtilə erməni dilində təhsil verən məktəblərin sayından artıq olan rus məktəblərindən cəmi 45-i hazırda fəaliyyət göstərir. 380 min şagirddən cəmi 4500 nəfər rus məktəblərində təhsil alır.

Buna görə də səfir Ermənistanda yeni rus dilində təhsil verən məktəblərin açılması ilə bağlı tədbirlər həyata keçirir. Təhsil naziri və məktəb direktorları ilə görüşür, Rusiyanın maliyyələşdirdiyiyeni-yeni layihələri işə salır. Amma bütün bunlara baxmayaraq, onun uğur qazanacağına ümid azdır. Çünki ermənilər Rusiyanın bir qlobal dövlət kimi tezliklə zəifləyib aradan çıxacağını düşünürlər. Onlar isə güclülərə qulluq etməyi daha üstün tuturlar. Ermənilər üçün Rusiya dövrü artıq bitir.