Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 19:00:00
Azərbaycanda yoluxma kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb. 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. 

İndiyədək ümumilikdə 828 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb, 10 138 nəfər vəfat edib, aktiv xəstə sayı 190 nəfərdir. 

Son sutka ərzində 1583, hazırkı dövrədək isə 7 537 871 test aparılıb.