Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 13:56:00
UNEC-də daha bir seminar baş tutub 

UNEC-də Elm festivalı çərçivəsində “Texnoloji transfer ofislərinin universitet-sənaye iş birliyində rolu” mövzusunda professor-müəllim heyətinin iştirakı ilə elmi seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan “Elm festivalı” çərçivəsində keçiriləcək tədbirlərdən və onların elmi əhəmiyyətindən söz açıb.

Sonra Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov Texnologiya transfer mərkəzlərinin universitet-sənaye-biznes iş birliyindəki rolu barədə məlumat verib. Məruzəçi biliklərin texnologiyaya çevrilməsinin önəminə diqqət çəkərək, yeni tətbiq sahələrinin tapılması, iqtisadi proseslərdə istifadəsi və kommersiyalaşdırılmasının zəruriliyini vurğulayıb.