Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 15:27:00
Bakıda silahlı insident: 2 nəfər GÜLLƏLƏNDİ

Bu gün günorta saatlarında Bakının mərkəzində atışma olub.

AzEdu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Dövlət Sirkinin yaxınlığındakı “Görüş” restoranının qarşısında baş verib.

Hadisə nəticəsində 2 nəfərin güllələndiyi və xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə yerində əməliyyat qrupu işləyir.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət alanların - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov olduu qeyd edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, silahlı insidenti törədən şəxs artıq saxlanılıb:

"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb".

Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.