Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 16:15:16
Zəngəzurda şagirdləri daşıyan avtobus aşdı: çoxlu yaralı var

Ermənistanın Zəngəzur bölgəsində içərisində məktəblilərin olduğu avtobus 5 metr hündürlükdən çaya aşıb. 

AzEdu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müəllim və şagirdlərin olduğu avtobus Qafan-Aracadzor avtomobil yolunun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlanıb. 

Məlumata görə, qəza nəticəsində 15-dən çox yaralı xəstəxanaya çatdırılıb. Yralananların 9 nəfərinin müəllim olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.