Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 17:17:15
TƏBİB güllələnən tələbənin son vəziyyətini AÇIQLADI

“Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir”.

AzEdu.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimiayyətlə əlaqələr şöbəsindən bildiriblər.


“1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir”, - deyə TƏBİB-dən qeyd edilib.

Xatırladaq ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən insidentdə yaralanan iki nəfərdən biri - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.


Daxili İşlər Nazirliyi iki nəfəri güllələyən şəxsin saxlanıldığını bəyan edib.