
Bu ilin may ayında distant təhsildə PİRLS-ın nəticələrini öyrənəcəyik.
AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Nazir qeyd edib ki, nəticələrin kəskin şəkildə aşağı olacağını gözləyirlər:
"Bu bizə göstərəcək ki, təhsil distant olanda öyrənmə nə qədər itir. Birdən-birə distant təhsilə keçmək böyük problemlər yarada bilər. Bu gün əyani təhsil alan tələbələrin 90 faizindən çoxu universiteti bitirir. Lakin işə qəbulda görürük ki, pedaqoji diplom almış şəxs minimal bal toplayır".
Nazir figər problemdən də danışıb, deyib ki, elə adamlar var, təhsil aldığı dili bilmir.
Nazir bildirib ki, xaricdə təhsilə icazə verildi, indi minlərlə saxta diplomu olan adamlar ortaya çıxır.
“Adam öz oxuduğu ixtisas dilini bilmirsə, biz ona niyə diplom verməliyik?! İndi bu cür suallar meydana çıxır. Biz bu haqda ciddi düşünməliyik”, - deyə nazir bildirib.