Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 17:31:49
Yoluxma artdı - 3 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.


AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 226 nəfərdir.

Ölkədə son sutka ərzində 1 558, hazırkı dövrədək isə 7 543 617 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 480 nəfər vaksin vurulub.

Bir gündə birinci doza üzrə 188, ikinci doza üzrə 58, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 197-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37-dir.