Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 20:40:00
Azərbaycanda yoluxma ÇOXALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.

 

İndiyədək ümumilikdə 829 076 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 672 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

 

Son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086 test aparılıb.