Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 14:37:44
Türkiyədəki zəlzələdə ölü sayı 49 mini keçdi

Türkiyədə baş vermiş 6 fevral tarixli zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib.


Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.